09.10.2021
8 oktyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi zamanı Gəncə və Bərdədə erməni terroru nəticəsində həlak olan günahsız insanların anım gününə həsr olunmuş “Erməni terroruna”Yox” deyirik” adlı dəyirmi masa keçirilib.
İlk növbədə erməni terrorunun qurbanlarının və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva qeyd etdi ki, Ermənistan bu əməlləri ilə sivil dəyərlərdən kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə sübut etdi.İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqlı müharizədə döyüş meydanında tab gətirə bilməyən düşmən Azərbaycan əhalisini hədəf seçərək qadağan olunmuş silahlarla qətlə yetirdilər, hərbi təxribatlara əl ataraq əhalinin sıx məskunlaşdığı əraziləri qəsdən atəşə tutdular.
Dəyirmi masada Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ləman Əliyeva öz çıxışında vurğuladı ki,Ermənistan tərəfindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Mingəçevir, Xızı, Abşeron, Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına edilən hücumlar zamanı mülki əhaliyə qarşı terror aktları törədilmişdir ki, bu da insan hüquqlarının birbaşa pozulmasıdır. Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi.
Daha sonar xidmət şöbəsinin əməkdaşı Samirə Sadıqovabildirdi ki, terror hadisələri zamanı 12 uşaq, 27 qadın olmaqla 100 nəfər mülki vətəndaş həlak olmuş, 50 uşaq və 101 qadın olmaqla 416 nəfər yaralanmışdır. Terror nəticəsində bütün bir ailənin məhv edilməsi, uşaqların hər iki valideynini itirməsi ermənilər tərəfindən tarixən törədilən qətliamların və insanlığa sığmayan antihumanist əməllərin əsas təzahürüdür.
Dəyirmi masa müzakirələrlə davam edib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Natiqlər Beynəlxalq aləmin erməni terrorizminə göz yumması, uşaq və qadınların qətlinə biganə qalması bəşəriyyətə, insanlığa, demokratiyaya, ilk növbədə insan hüquq və azadlıqlarına qarşı ən böyük hörmətsizlikdir. Bütün yaşanan bu hadisələr dünyada haqqın-ədalətin bərqərar olacağına insanların inamını itirdiyi halda Azərbaycan öz gücü hesabına qələbə çaldı və tarixi ədaləti bərpa etdiyini dünyaya sərgilədi. Ölkəmizin zəfər çalması həm güclü ordumuz, həm səriştəli Ali Baş Komandanımız, həm xalqımızın birliyi, həm də bunlarla yanaşı, haqq, ədalət uğrunda müharibə aparmağımız nəticəsində olduğunu vurğulayıblar.
Sonda deyirmi masa iştrakçılarına “Tarix unudulmur “adlı videoçarx nümaiş olunub.